“Qarabağ” və “Mançester Siti” dünya rekorduna şərik olub

“Qarabağ” və “Mançester Siti” dünya rekorduna şərik olub
# 11 may 2022 16:28 (UTC +04:00)

Dünya futbolunda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da ən yaxşılar sırasında yer alıb.

Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 5 səfər matçında qol buraxmayıb. Bu, hazırda davam edən seriyalar arasında dünya rekordudur.

Planetin yalnız 4 klubu yüksək liqa matçlarında belə uğra malikdir. “Qarabağ”ın üç şəriki arasında “Mançester Siti”də var.

Pep Qvardiolanın komandası Premyer Liqadakı səfər görüşlərində qapısını toxunulmaz saxlayır. Eyni göstəriciyə İsveçdə “Malmö”, Monteneqroda “Sutyeska”da nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR