“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşib
# 14 iyun 2022 14:16 (UTC +04:00)

Çempionlar Liqasının 2022/23 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın ilk rəqibi bəlli olub.

Ağdam təmsilçisi bu mərhələdə Polşanın “Lex” klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri ilk matçı səfərdə keçirəcək.

I təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 5-6-da baş tutacaq. Cavab görüşləri isə iyulun 12-13-də keçiriləcək.

Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR