“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib
  • Clock-gray 23:17
  • calendar-gray 17 İyul 2019

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib.

APA-nın məlumatına görə, Albaniyanın “Partizani” klubunu iki oyunun yekununda (0:0, 2:0) məğlub edən Azərbaycan çempionu II təsnifat mərhələsində “Dandolk” (İrlandiya) ilə qarşılaşacaq.

İrlandiya təmsilçisi I təsnifat mərhələsində “Riqa”nı (Latviya) yarışdan kənarlaşdırıb. Bu komandalar arasındakı ilk görüş İrlandiyada baş tutub və qolsuz heç-heçə ilə nəticələnib.

Latviyadakı matçın 90 dəqiqəsində də azarkeşlər qol izləməyiblər. Əlavə vaxtda da hesab dəyişmədiyindən cütün taleyinə penaltilər seriyası aydınlıq gətirib. Daha dəqiq olan irlandiyalılar 5:4 hesablı qələbə qazanıblar.

II təsnifat mərhələsinin “Dandolk” - “Qarabağ” oyunu iyulun 23 və ya 24-də keçiriləcək. Ağdamlıların ev qarşılaşması isə iyulun 30 və ya 31-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”a məğlub olan “Partizani” mübarizəni Avropa Liqasında davam etdirəcək. Albaniyalılar iyulun 25-də və avqustun 1-də keçiriləcək II təsnifat mərhələsində “Şerif”lə (Moldova) üz-üzə gələcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date