“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı dəqiqləşib

“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı dəqiqləşib
# 28 iyul 2022 10:37 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR