"Qarabağ"ın futbolçusu Çempionlar Liqasında ilk, avrokuboklarda 5-ci qolunu vurub

"Qarabağ"ın futbolçusu Çempionlar Liqasında ilk, avrokuboklarda 5-ci qolunu vurub
  • Clock-gray 22:24
  • calendar-gray 17 İyul 2019

Ağdamın “Qarabağ” klubunun futbolçusu Filip Ozobiç avrokuboklarda 5-ci qolunu vurub.

APA-nın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi yubiley uğuruna Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə cavab matçında imza atıb.

Qarşılaşmada hesabı açan F.Ozobiç bunadək qitə miqyaslı klub turnirlərində 4 qola imza atmışdı. O, bu topların hamısını Azərbaycan klublarının heyətində vurub. 

Yarımmüdafiəçi “Qəbələ”də 3 dəfə fərqlənibsə, “Qarabağ”da qol hesabını 2-yə çatdırıb. O, qəbələlilərlə 2016/17 mövsümündə MTK-nı (Macarıstan) səfərdə, “Lill”i (Fransa) evdə, növbəti il “Yagelloniya”nı (Polşa) da rəqib meydanında məyus edib. Bu üç top kimi “Qarabağ”la da Avropa Liqasında fərqlənən xorvatiyalı ötən mövsüm evdə “Şerif”in (Moldova) qapısına yol tapıb. Bugünkü qol isə F.Ozobiçin Çempionlar Liqasında ilk sevinci olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date