“Qarabağ”ın futbolçusu Çempionlar Liqasının ən yaxşılarına şərik olub

“Qarabağ”ın futbolçusu Çempionlar Liqasının ən yaxşılarına şərik olub
# 07 avqust 2019 10:52 (UTC +04:00)

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyun günündən sonra yarışın statistik göstəriciləri açıqlanıb.

APA-nın məlumatına görə, ən yaxşılar arasında Azərbaycan çempionu “Qarabağ” da təmsil olunub.

APOEL-lə Kiprdəki səfər matçında 2:1 hesabı ilə qalib gələn Ağdam klubu vurduğu qolların sayını 8-ə çatdırıb. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının cari mövsümündə ən çox qola sevinən 5 komandadan biridir. Çempionumuz Şotlandiya “Seltik”i (12), Macarıstan “Ferensvaroş”u (10), Sloveniya “Maribor”u və Norveç “Rusenborq”undan (hər ikisi 9) geri qalır.

Ağdam klubunun ikinci qolunun məhsuldar ötürməsini verən Abdullah Zubir isə assist sayını 3-ə çatdırıb. Mövsümdə 3-cü dəfə qol ötürməsi verən legioner bu göstəricidə Çempionlar Liqasının ən yaxşılarına çatıb.

A.Zubir Rok Kronaveter (“Maribor”), İqor Staseviç (BATE) və Aleksandr Zubkovla (“Ferensvaroş”) birlikdə 1-ci yerə şərikdir. Dörd futbolçunun hər birinin hesabında 3 qol ötürməsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR