“Qarabağ”ın “Linfild”lə oyununu isveçrəli hakimlər idarə edəcək 

“Qarabağ”ın “Linfild”lə oyununu isveçrəli hakimlər idarə edəcək 
# 17 avqust 2019 23:21 (UTC +04:00)

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının hakimləri açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın “Linfild”lə Şimali İrlandiyadakı qarşılaşmasını isveçrəli hakimlər idarə edəcək.

Avqustun 22-də Belfastın “Vindzor Park” stadionunda keçiriləcək görüşün baş hakimi Sandro Şarer olacaq. Ona yan xətt hakimləri Stefan De Almeyda və Bekim Zoqay, dördüncü hakim Fedayi San yardım edəcəklər.

Matçın hakim-inspektoru xorvatiyalı Vlado Svilokos, UEFA nümayəndəsi isveçli Mikael Salzer olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR