“Qarabağ”ın mümkün rəqiblərinin oyununda APOEL qalib gəlib

“Qarabağ”ın mümkün rəqiblərinin oyununda APOEL qalib gəlib
# 24 iyul 2019 00:11 (UTC +04:00)

Çempionlar Liqasında II təsnifat mərhələsi start götürüb.

APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 5 qarşılaşma keçirilib.

Günün ən məhsuldar qarşılaşmasında “Bazel”ə qalib gələn PSV evdə qələbəyə sevinən yeganə komanda olub. Digər matçlardan üçündə qonaqlar qalib gəlibsə, biri heç-heçə bitib.

Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri Monteneqroda üz-üzə gəliblər. APOEL səfərdə “Sutyeska”ya qalib gəlib – 1:0.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
23 iyul
Liqa yolu

21:00. “Viktoriya” (Çexiya) - “Olimpiakos” (Yunanıstan) – 0:0
22:00. PSV (Hollandiya) - “Bazel” (İsveçrə) – 3:2
Çempionlar yolu
21:30. "Saburtalo" (Gürcüstan) - ”Dinamo” (Xorvatiya) – 0:2
22:00. TNS (Uels) - “Kopenhagen” (Danimarka) – 0:2
22:15. "Sutyeska" (Monteneqro) - APOEL (Kipr) – 0:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR