“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub
# 05 oktyabr 2022 16:40 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” baş məşqçisini itirib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinin çalışdırıcısı Kristian Ştrayx koronavirusa yoluxub.

Tibbi testlərin ardından 57 yaşlı mütəxəssisin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən karantinə alınan almaniyalı Avropa Liqasının III turunda “Nant”la sabah keçiriləcək görüşdə texniki zonadakı yerini tuta bilməyəcək.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasının ilk iki turunda “Qarabağ”a 2:1, “Olimpiakos”a isə 3:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR