“Qarabağ”la “Neftçi” Avropada irəliləyib

“Qarabağ”la “Neftçi” Avropada irəliləyib
# 26 may 2022 15:31 (UTC +04:00)

Avropanın top komandalarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 450 ən güclü klubu yer alıb.

Cədvəldə bir sıra dəyişikliklər baş verib. Azərbaycan reytinqdə üç komanda ilə təmsil olunub.

Premyer Liqanın çempionu “Qarabağ” ölkəmizin ən yaxşı təmsilçisidir. Qurban Qurbanovun yetirmələri 183 xala malikdir.

Ağdam klubu Avropada 80-ci yerdə qərarlaşıb. “Qarabağ” ötən cədvəllə müqayisədə 6 pillə irəliləyib.

Çempionatın gümüş mükafatçısı “Neftçi” 24 pilləlik sıçrayışa nail olub. Samir Abasovun komandası 33 xalla qitədə 217-cidir. Bürünc medal şansını son turda qaçıran “Qəbələ” 81 pillə geriləyərək 5 xalla 372-ci sırada qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2081 xala malik “Real” başçılıq edir. “Bavariya”nın 1695, “Liverpul”un 1645 xalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR