“Qəbələ” – “Dinamo” oyununun hakimləri açıqlanıb 

“Qəbələ” – “Dinamo” oyununun hakimləri açıqlanıb 
# 21 iyul 2019 13:20 (UTC +04:00)

Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

APA-nın məlumatına görə, iyulun 25-də mübarizəyə qoşulacaq “Qəbələ”nin matçının hakimləri də müəyyənləşib.

Azərbaycan kubokunun qalibinin Gürcüstan “Dinamo”su (Tbilisi) ilə görüşünü şotlandiyalı hakimlər briqadası idarə edəcək. Nikolas Uolş qarşılaşmanın baş hakimi olacaq. Ona Alan Malvanni və Cordan Stokoe kömək edəcək. Dördüncü hakim funksiyası Qavin Dunkana tapşırılıb. Qəbələ şəhər stadionundakı matçın hakim-inspektoru Quy Qoetals (Belçika), UEFA nümayəndəsi isə Mixalis Mitas (Kipr) olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR