“Qəbələ” əcnəbi futbolçusu ilə yeni müqavilə bağlayıb

“Qəbələ” əcnəbi futbolçusu ilə yeni müqavilə bağlayıb
# 20 may 2022 10:07 (UTC +04:00)

“Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utziqin taleyinə aydınlıq gəlib.

Bu barədə apasport.az saytına “qırmızı qaralar”ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.

Çalışdırıcı braziliyalı hücumameylli futbolçunun növbəti mövsüm də komandada qalacağını bildirib. Baxşıyev 26 yaşlı oyunçu ilə danışığı yekunlaşdırdıqlarını, Utziqin yeni 1 illik müqavilə bağladığını söyləyib.

Qeyd edək ki, “Qəbələ” bir müddət əvvəl braziliyalı müdafiəçi Ruan Renato ilə yeni sözləşmə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR