“Qəbələ” Konfrans Liqasına qələbə ilə vida edib

“Qəbələ” Konfrans Liqasına qələbə ilə vida edib
# 28 iyul 2022 21:52 (UTC +04:00)

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu matçlardan biri Qəbələ şəhər stadionunda baş tutub.

Ötən həftə Macarıstan “Fehervar”ına 1:4 hesabı ilə uduzan “Qəbələ” doğma azarkeşlər önünə çıxıb. Qarşılaşmanın fəal keçirən təmsilçimiz çoxsaylı qol epizodları əldə etsə də, yalnız 34-cü dəqiqədə Rövlan Muradovun qolu ilə hesabı açıb. Az sonra penaltini qaçıran qonaqlar isə fasilə ərəfəsində status-kvonu bərpa edib – 1:1.

Fasilədən sonra da daha üstün oyun göstərən Elmar Baxşıyevin yetirmələri istəyinə 73-cü dəqiqədə çatıb. Yeni klubunda ilk qolunu vuran Felipe Santos “Qəbələ”yə qələbə qazandırıb – 2:1. Lakin bu nəticə mərhələ adlamaq üçün yetərli olmayıb və Premyer Liqanın dördüncüsü avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, Konfrans Liqasındakı digər iki təmsilçimiz “Neftçi” və “Zirə” də hazırda cavab oyunlarını keçirir.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) - 2:1
Qollar:
Rövlan Muradov, 34, Felipe Santos, 73 - Budu Zivzivadze, 44
Baş hakim: Kristofer Yaqer (Avstriya)
“Qəbələ”: 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 2. İlkin Qırtımov, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 11. Asif Məmmədov (k), 23. Rafael Utziq, 7. Rövlan Muradov, 97. Felipe Santos, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev
Baş məşqçi: Elmar Baxşıyev
“Fehervar”: 1. Daniel Kovaç, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Budu Zivzivadze, 5. Attila Fiola (k), 55. Marsel Heyster, 23. Pal Dardai, 8. Yevgeni Makarenko, 9. Stopira, 94. Klaudiu Bumba, 31. Nikola Serafimov
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 29. Zolt Kojnok, 65. Silvester Hanqya, 6. Peter Pokornı, 70. Funşo Bamqboyen, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mikael Luftner
Baş məşqçi: Mixael Boris
Qəbələ şəhər stadionu
İlk oyun – 1:4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR