“Qəbələ”nin baş məşqçisi cəzalanıb

“Qəbələ”nin baş məşqçisi cəzalanıb
# 22 aprel 2022 13:37 (UTC +04:00)

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

42 yaşlı mütəxəssis Premyer Liqanın XXIII turundakı hərəkəti üzündən cəza alıb. “Sumqayıt”la matçda (1:1) 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb. Klubu isə 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR