“Qəbələ”nin potensial rəqibi dəqiqləşib

“Qəbələ”nin potensial rəqibi dəqiqləşib
# 18 iyul 2022 16:22 (UTC +04:00)

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qəbələ”nin III təsnifat mərhələsindəki mümkün rəqibi bilinib.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən püşkatma mərasimində növbəti raundun cütlükləri bəlli olub.

II təsnifat mərhələsində “Fehervar”la üz-üzə gələcək Premyer Liqa klubu macarıstanlıları mübarizədən kənarlaşdırmağı bacarsa, növbəti raundda “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə görüşəcək. “Qəbələ” – “Fehervar” cütünün güclüsü III mərhələyə evdə başlayacaq.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR