Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Qatar World Cup

© APA | Qatar World Cup

# 18 noyabr 2022 16:39 (UTC +04:00)

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı stadionlarda spirtli içki satışı qadağan edilib.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) bu gün yayımladığı bəyanatda bildirilib.

“Qətər rəsmiləri ilə FİFA arasında aparılan danışıqlar zamanı qərara alındı ki, spirtli içkilər, o cümlədən, pivə yalnız xüsusi müəyyən olunmuş nöqtələrdə satıla biləcək, belə satış nöqtələri stadionların ərazisindən çıxarılacaq”, – bəyanatda qeyd olunub.

Qətər hökuməti bir müddət əvvəl bu qərarı elan etsə də, sonra etirazlar səbəbi ilə qərarı ləğv etmişdi.

Həmçinin əlavə olunub ki, alkoqolsuz pivə hələ də bütün azarkeşlər üçün əlçatan olacaq.

Xatırladaq ki, 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın 20-də start götürəcək və dekabrın 18-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR