“Qızıl buts”un sahibi müəyyənləşib

“Qızıl buts”un sahibi müəyyənləşib
# 05 iyun 2023 14:11 (UTC +04:00)

Avropanın milli liqalarında ən çox qol vuran futbolçu üçün təsis olunan “Qızıl buts”un sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu mükafatı təqdim edən “European Sports Media”ya üzv olan “Marka” nəşri açıqlayıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasında ilk dəfə qitənin ən məhsuldar oyunçusu olub. Bəzi ölkələrdə çempionat bitmədiyindən nəzəri cəhətdən kiminsə onu keçməsi mümkündür. Buna baxmayaraq, “Marka” Premyer Liqada vurduğu 36 qolla 72 xal toplayan Halandı mükafatın sahibi elan edib.

“Tottenhem”də 30 qol vuran Harri Keyn 60 xalla ikinci olub. Kilian Mbappe PSJ-dəki 29 qolu ilə 58 xal toplayıb.

Qeyd edək ki, bundan əvvəlki son iki mövsümdə “Qızıl buts”u Robert Levandovski qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR