Qurban Qurbanov: “O, Türkiyədən təklif alsa da, Azərbaycanda qalmaq istədi”

Qurban Qurbanov: “O, Türkiyədən təklif alsa da, Azərbaycanda qalmaq istədi”
# 19 may 2022 13:40 (UTC +04:00)

“Qarabağ”ın futbolçusu Kevin Medinanın Ağdam klubunda qalmasının səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlayıb.

O bildirib ki, kolumbiyalı müdafiəçinin özü Azərbaycanda qalmaq istəyib. Cənubi amerikalı Türkiyədən təklif alıb. Lakin Medina bu təklifi qəbul etməyib.

O, ölkəmizə öyrəşdiyini əsas gətirərək burada qalmağa üstünlük verib. Klub rəhbərliyi də Kevinin xidmətində maraqlı olduğundan onunla yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Medina 2020-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR