Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib
# 02 sentyabr 2022 16:56 (UTC +04:00)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir xarici klubdan aldığı təklifdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı jurnalist İvan Karpov açıqlayıb.

50 yaşlı mütəxəssisin xidmətində “Ximki” maraqlı olub. Klub rəhbərliyi Nikolay Pisarevin istefasından sonra məhz Qurbanovla danışıqlar aparıb.

Lakin mütəxəssis bu təklifi qəbul etməyib. Qurbanov fəaliyyətini “Qarabağ”da davam etdirməyə üstünlük verib.

Nəticədə vaxtilə “Alaniya”ya rəhbərlik edən Spartak Qoqniyev “Ximki”nin baş məşqçisi postuna gətirilib.

Bu, Qurbanovun xarici təklifdən ilk imtinası deyil. Bir müddət əvvəl Türkiyə “Hatayspor”u da mütəxəssisi sükanı arxasında görmək istəsə də, çalışdırıcı təklifi geri çevirmişdi.

Qeyd edək ki, Premyer Liqanın 7 turundan sonra 7 xala malik “Ximki” 11-ci sırada qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR