Qvardiola “Mançester Siti” ilə 250-ci qələbəsini qazanıb

Qvardiola “Mançester Siti” ilə 250-ci qələbəsini qazanıb
# 21 aprel 2022 09:42 (UTC +04:00)

Pep Qvardiola “Mançester Siti”nin baş məşqçisi kimi 250-ci qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisin yubileyi Premyer Liqanın “Brayton”la matçına təsadüf edib.

Bu görüşdə mançesterlilər 3:0 hesabı ilə qalib gəlib. Qvardiola komandadakı 344-cü sınağında 250-yə çatıb.

Bu, İngiltərə yüksək liqa klublarının məşqçiləri üçün rekord göstəricidir. Joze Mourinyo 250-ci qələbəsini 396-cı, Kenni Dalqliş 429-cu, Arsen Venger 433-cü, Don Revi 439-cu oyununda əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR