Ralf Ranqnikin “Mançester Yunayted” klubuna baş məşqçi təyinatı rəsmiləşib

Ralf Ranqnikin “Mançester Yunayted” klubuna baş məşqçi təyinatı rəsmiləşib
# 29 noyabr 2021 15:44 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi təyinatı rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisi açıqlayıb.

Ralf Ranqnik mövsümün sonunadək komandanın baş məşqçisi olacaq. 63 yaşlı almaniyalı mütəxəssis müqaviləsi bitdikdən sonra daha iki il məsləhətçi kimi çalışacaq.

Ranqnikin işçi vizası həll olunanadək komandaya Maykl Karrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ole-Qunnar Sulşerin istefasından sonra “Mançester Yunayted”ə müvəqqəti Karrik başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR