Raul Qonzales “Xetafe”ni çalışdıra bilər

Raul Qonzales “Xetafe”ni çalışdıra bilər
# 07 iyun 2023 14:01 (UTC +04:00)

“Xetafe”nin baş məşqçisi postuna əsas namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubunu Raul Qonzales çalışdıra bilər.

Hazırda “Kastilya”nı çalışdıran əfsanəvi hücumçu Xose Bordalesi əvəzləməyə namizəd sayılır.

“Xetafe” rəhbərliyi indiki baş məşqçisini saxlamaq arzusundadır. Lakin Bordales müqaviləni uzatmaq istəmədiyi üçün onlar Raulu bu vəzifəyə gətirməyi planlaşdırır.

Qeyd edək ki, “Xetafe” La Liqada son mövsümdə 15-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR