“Real” Cud Bellinqemin transferi ilə bağlı razılıq əldə edib

“Real” Cud Bellinqemin transferi ilə bağlı razılıq əldə edib
# 07 iyun 2023 18:40 (UTC +04:00)

“Real” Cud Bellinqemin transferi ilə bağlı razılıq əldə edib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu yarımmüdafiəçinin forma geyindiyi Dortmund “Borussiya”sı ilə ortaq məxrəcə gələ bilib.

Bu keçid hər iki klub üçün ən bahalı transferlərdən biri olacaq. Madrid təmsilçisi Cud üçün 100 milyon avrodan artıq ödəyəcək.

Keçidin rəsmiləşməsi üçün futbolçu tibbi müayinədən keçməlidir. İngiltərəlinin yaxın günlərdə Madridə yollanacağı gözlənilir.

Qeyd edək ki, Cud Bundesliqanın son mövsümündə 31 oyunda 8 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR