“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır
# 09 yanvar 2023 18:50 (UTC +04:00)

“Real Madrid”in Dani Karvaxalın yerinə almaq istədiyi futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Əşrəf Hakimini heyətinə qaytarmaq istəyir.

24 yaşlı müdafiəçi hazırda PSJ-də çıxış edir. Mərakeşli futbolçu 2006-20-ci illərdə “Real”a məxsus olub. Əsas komandada 17 matça çıxan Əşrəf 2 qol vurub. Onun parislilərlə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Bu üzdən “Real” onun transferi üçün xərcə düşməli olacaq.

Qeyd edək ki, müdafiəçi Dortmund “Borussiya”sı və “İnter”də də forma geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR