"Real" xal itirib, "Valensiya" uduzub

"Real" xal itirib, "Valensiya" uduzub
# 25 avqust 2019 01:10 (UTC +04:00)

İspaniya La Liqasında II tur davam edir.

APA-nın məlumatına görə, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Favoritlərdən sayılan “Real” ilk xal itkisi ilə üzləşib. Madrid təmsilçisi “Valyadolid”lə matçda heç-heçə edib.

Ümumiyyətlə, günün 4 qarşılaşmasından üçündə heç-heçə qeydə alınıb. Yalnız “Valensiya”nı qəbul edən “Selta” günü 3 xalla başa vurub.

Qeyd edək ki, tura avqustun 25-də yekun vurulacaq.

İspaniya La Liqası

II tur

23 avqust

“Qranada” – “Sevilya” – 0:1

Yordan, 52

“Levante” – “Vilyarreal” – 2:1

Marti, 68 (pen.), 73 (pen.) – Moreno, 3

24 avqust

“Osasuna” – “Eybar” – 0:0

“Real” – “Valyadolid” – 1:1

Benzema, 82 – Quardiola, 88

“Xetafe” – “Atletik” – 1:1

Mata, 12 – Qarsia, 6

“Selta” – “Valensiya” – 1:0

Fernandes, 15

Turnir cədvəli: Sevilya – 6 (2), Real, Valyadolid, Atletik, Osasuna – 4 (2), Malyorka, Atletiko, Alaves – 3 (1), Levante, Selta – 3 (2), Real-Sosyedad – 1 (1), Vilyarreal, Qranada, Xetafe, Valensiya, Eybar – 1 (2), Betis, Leqanes, Barselona, Espanyol – 0 (1).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR