“Real” yay transferlərinə 400 milyon avro xərcləyəcək

“Real” yay transferlərinə 400 milyon avro xərcləyəcək
# 08 iyun 2023 16:28 (UTC +04:00)

“Real”ın yay transferlərinə xərcləyəcəyi vəsait bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi yeni futbolçulara 400 milyon avro xərcləyəcək.

Madrid klubu artıq ilk transferi gerçəkləşdirib. Cud Bellinqemin Dortmund “Borussiya”sından keçidi üçün 100+31 milyon avro ödənilib.

Qeyd edək ki, “Real” Çempionlar Liqasında mübarizəni yarımfinalda dayandırıb və La Liqada 2-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR