“Roma” fransalı yarımmüdafiəçi ilə güclənib

“Roma” fransalı yarımmüdafiəçi ilə güclənib
# 20 iyul 2019 19:20 (UTC +04:00)

İtaliyanın “Roma” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi fransalı yarımmüdafiəçi Jordan Veretunu heyətinə qatıb.

26 yaşlı futbolçu İtaliyanın digər klubu “Fiorentina”dan icarəyə götürülüb. O, bir il ərzində “Roma”nın şərəfini qoruyacaq. Müqavilədə romalıların bir ildən sonra futbolçunu 16 milyon avroya transfer etmək öhdəliyi də əksini tapıb.

Qeyd edək ki, J.Veretu 2017-ci ildə Florensiya klubuna keçib. Fransalı bu komandaya İngiltərənin “Aston Villa” klubundan 7 milyon avroya transfer olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR