Ronaldo 168-ci komandaya qol vurub

Ronaldo 168-ci komandaya qol vurub
# 03 may 2022 10:03 (UTC +04:00)

Kriştiano Ronaldo karyerasında ilk dəfə “Brentford”un qapısına qol vurub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz Premyer Liqanın XXXV turunun oyununda fərqlənib.

O, “Mançester Yunayted”in 3:0 hesablı qələbəsində pay sahibi olub. Bununla da Ronaldonun qol vurduğu rəqiblərin sayı 168-ə çatıb. O, bu qarşılaşmayadək 167 müxtəlif komandanı məyus etmişdi.

Qeyd edək ki, Kriştiano cari mövsüm Premyer Liqada 18 dəfə qol sevinci yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR