Ronaldonun 1,7 milyon funt sterlinqlik avtomobili qəzaya uğrayıb

Ronaldonun 1,7 milyon funt sterlinqlik avtomobili qəzaya uğrayıb
# 21 iyun 2022 09:09 (UTC +04:00)

Kriştiano Ronaldonun sahibi olduğu avtomobil qəzaya uğrayıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz ailəvi yay istirahəti üçün iki avtomobilini Mayorkaya göndərib.

Forvardın sahibi olduğu “Bugatti Veyron” Şərq sahillərindəki Sa Koma kurortunda qəza törədib. Bu avtomobilin qiyməti 1,7 milyon funt sterlinqdir.

Sükan arxasında Ronaldo deyil, onun əməkdaşlarından biri olub. Sürücü xəsarət almasa da, avtomobilin ön hissəsi əzilib.

Qeyd edək ki, Kriştiano sevgilisi Corcina və uşaqları ilə iyunun 14-də Mayorkaya yollanıb. Tramuntana dağının ətəyində istirahət üçün ev tutan ailə yaxtada istirahət edir. O, tətil üçün “Bugatti”dən başqa “Mercedes-Benz G-Class” da göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR