Ronaldonun yeni doğulmuş körpəsi vəfat edib - VİDEO

Kriştiano Ronaldo

© APA | Kriştiano Ronaldo

# 18 aprel 2022 23:51 (UTC +04:00)

“Manchester United”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun yeni dünyaya gəlmiş körpəsi vəfat edib.
APA-nın xəbərinə görə, məşhur futbolçu bu barədə sosial şəbəkədə bildirib.

Ötən oktyabrda Ronaldo əkiz uşaq gözlədiklərini bildirmişdi. Lakin qız yaşasa da, oğlan ölüb.

“Dərin kədər hissi ilə bildirirəm ki, bizim körpəmiz tələf oldu. Bu, bir valideynin keçirə biləcəyi ən böyük kədərdir. Lakin qızımızın dünyaya gəlməsi bizə ümid verir” – deyə məşhur idmançı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR