Ruslan Abışov “Sabah”la 2 illik müqavilə imzalayıb

Ruslan Abışov “Sabah”la 2 illik müqavilə imzalayıb
# 13 iyun 2019 15:24 (UTC +04:00)

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, Bakı təmsilçisi Ruslan Abışovla 2 illik müqavilə bağlayıb.

Futbolçu karyerasına “Neftçi”də başlayan 32 yaşlı müdafiəçi daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb. Abışovun son komandası “Neftçi” olub.

O, Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR