Ruslan Qurbanov yenidən Azərbaycana qayıdır

Ruslan Qurbanov yenidən Azərbaycana qayıdır
# 07 iyun 2023 13:16 (UTC +04:00)

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov Misli Premyer Liqası klublarının maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçunun xidmətində iki komanda maraqlı olduğundan yenidən Azərbaycana qayıda bilər.

Ruslan əvvəllər də çıxış etdiyi “Sumqayıt”ın formasını geyinməyə yaxındır. Uğursuz mövsümdən sonra heyəti gücləndirmək niyyətində olan Samir Abasov milliləşən legioneri sərəncamında görmək istəyir.

“Turan Tovuz” da Qurbanovu heyətinə qatmaq fikrindədir. Ayxan Abbasov yeni mövsümdə onu hücum xəttində görmək istəyir.

Qeyd edək ki, ölkəmizdə “Neftçi”, “Şamaxı”, “Qəbələ”, “Səbail” və “Zirə”də də oynamış futbolçu 2011-13-cü illərdə “Sumqayıt”ın formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR