“Sabah” klubunun hazırlıq planında dəyişiklik edilib

“Sabah” klubunun hazırlıq planında dəyişiklik edilib
# 13 iyun 2019 13:39 (UTC +04:00)

“Sabah” futbol klubunun yay hazırlıq planında dəyişiklik edilib.

APA-nın məlumatına görə, Bakı təmsilçisi Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, iyulun 23-də yollanacaq.

Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Sabah” növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda baş tutacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR