“Səbail” Bolqarıstanda ikinci məğlubiyyətini alıb

“Səbail” Bolqarıstanda ikinci məğlubiyyətini alıb
# 25 iyun 2019 21:04 (UTC +04:00)

Bakının “Səbail” futbol klubu yoxlama oyunu keçirib.

APA-nın məlumatına görə, yeni mövsümün hazırlıqları Bolqarıstanda davam etdirən paytaxt təmsilçisi toplanış çərçivəsində ikinci matçına çıxıb.

Aftandil Hacıyevin yetirmələri Bolqarıstanın “Beroe” klubu ilə üz-üzə gəlib. Görüş balkanlıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, “Səbail”in Bolqarıstanda ikinci məğlubiyyəti olub. Bakılılar bunadək Plovdiv “Lokomotiv”inə 0:1 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR