“Səbail” braziliyalı futbolçunun xidmətindən məhrum olub

“Səbail” braziliyalı futbolçunun xidmətindən məhrum olub
# 23 avqust 2019 10:38 (UTC +04:00)

Bakının “Səbail” klubu itki ilə üzləşib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi braziliyalı müdafiəçisi Eriko Da Silvanın xidmətindən məhrum olub.

Azərbaycan Premyer Liqasının I turunun "Zirə" ilə ev qarşılaşmasında aldığı zədə onun uzun müddət yaşıl meydanlardan kənar qalması ilə nəticələnib. Müayinələrdən sonra onun 3 aydan 5 ayadək futboldan kənarda qalacağı müəyyənləşib.

Qeyd edək ki, “Səbail” “Zirə” ilə matçda 1:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR