Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb
# 30 noyabr 2022 11:11 (UTC +04:00)

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu Duşan Petkoviç saxlanılıb.

Apasport.az saytının məlumatına görə, 48 yaşlı futbol veteranı Niderlandda həbs olunub.

O, 115 kq kokain qaçaqmalçılığında şübhəli bilinir. Petkoviç narkotik vasitələrin istehsalı və satışı ilə məşğul olan cinayətkar qrupun üzvü kimi saxlanılıb.

Hüquq-mühafizə orqanları bu qrupun Cənubi Amerikadan Rotterdam limanına, oradan da Arlona narkotik vasitələr gətirməyə cəhd edib. Serbiya, Belçika, Niderland və Lüksemburqun xidmətləri sayəsində 115 kq narkotik müsadirə olunub.

Saxlanılan şəxslərdən böyük məbləğdə pul, silah və digər narkotik vasitələr də götürülüb. Petkoviçin dindirildikdən sonra buraxıldığı barədə xəbərlər yayılsa da, rəsmi təsdiqini tapmayıb.

Qeyd edək Ki, Serbiya və Monteneqro yığmasında baş məşqçi olmuş İlya Petkoviçin oğlu bu millidə 7 matç keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR