Serxio Ramos Çempionlar Liqasının oyununu buraxacaq

Serxio Ramos Çempionlar Liqasının oyununu buraxacaq
# 06 dekabr 2021 17:56 (UTC +04:00)

Daha bir futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin son turunu buraxacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin müdafiəçisi Serxio Ramos yenə məşqçilər korpusunun sərəncamında olmayacaq.

35 yaşlı mərkəz müdafiəçisi sabah “Brügge” ilə evdə keçiriləcək qarşılaşmanı buraxmalı olacaq. Buna səbəb ispaniyalının əzələsində ağrılar olmasıdır. Ramos fərdi proqram əsasında çalışmalarını davam etdirəcək. Futbolçu məhz zədə səbəbindən yayda keçdiyi PSJ-də debüt matçına Fransa Liqa1-nin XV turunda “Sent-Etyenn”lə qarşılaşmada (3:1) çıxıb.

Qeyd edək ki, Serxio Ramosun fransızlarla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR