“Sevilya” Avropa Liqasının qalibi olub

“Sevilya” Avropa Liqasının qalibi olub
# 01 iyun 2023 02:04 (UTC +04:00)

UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

APA xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma”qarşılaşıb.

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutan oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb.

Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.

Futbol “lotoreyası”nda daha dəqiq oynaya ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.

Bununla da "Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR