“Sevilya”nın baş məşqçisi: “Bütün atlara birdən minmək mümkün deyil”

“Sevilya”nın baş məşqçisi: “Bütün atlara birdən minmək mümkün deyil”
# 18 sentyabr 2019 18:41 (UTC +04:00)

“Qarabağ”da güclü futbolçular var”.

APA-nın məlumatına görə, bunu “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi deyib.

La Liqanın lideri Avropa Liqasının qrup mərhələsinin ilk oyununu sabah “Qarabağ”a qarşı keçirəcək. Oyunöncəsi mətbuat konfransında 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, əsas hədəfləri qələbədir.

- Buna qədər İspaniyanın “Atletik” və “Atletiko” Azərbaycan klublarına qarşı oyunlarda büdrəyib. Bundan xəbəriniz varmı?
- Əlbəttə ki, bura gəlmiş klublar haqda məlumatım var. “Qarabağ”ın heyətində güclü yerli və əcnəbi oyunçuların olması rəqiblər üçün qələbəni çətinləşdirir. Həmin vaxt “Qarabağ” digər klubların da işlərini çətinləşdirmişdi.

- Sabahkı oyunda xal itkisi sizin üçün nə demək olacaq?
- Bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağa çalışacağıq.

- La Liqada qarşıdan “Real”la çempionat oyununuz gəlir. Bunu nəzərə alıb, sabah heyətdə rotasiya etmək fikriniz varmı?
- Bizim üçün sadəcə bir oyun var, o da “Qarabağ”a qarşı.

- Avropa Liqasında yeni mövsümdə ilk oyununuz olacaq. Məqsədiz nədir?
- Sabah avrokuboklarda ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik.

- Start heyətini müəyyənləşdirmisinizmi?
- Sabah ən yaxşı heyəti meydana buraxacağıq.

- Hansı dəyişiklikləri planlaşdırırsınız?
- Bunu sabah biləcəyik. Təbii ki, bəzi dəyişikliklər baş verə bilər.

- Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa “Real”la matç da beyninizdədir?
- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmən istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR