“Sevilya”nın vitse-kapitanı: “Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”

“Sevilya”nın vitse-kapitanı: “Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”
# 18 sentyabr 2019 18:34 (UTC +04:00)

“Qələbə qazanacağımızı ümid edirik”.

APA-nın məlumatına görə, bu sözlər “Sevilya”nın vitse-kapitanı Serxio Eskudero deyib.

30 yaşlı sol cinah müdafiəçisi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq. Sabah keçiriləcək oyundan öncə təşkil edilən mətbuat konfransında S. Eskudero qələbə qazanmağı hədəflədiklərini deyib: “Qalib gəlmək üçün hazırlaşmışıq. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq. Biz qrup şəklində hazırlaşmışıq. Bütün diqqətimizi bunu üzərinə cəmləmişik”.

O, ardıcıl 4-cü dəfə səfər qələbəsini qazanmağa çalışacaqlarını vurğulayıb: “Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Xüsusən də, səfər meydanında bu çox çətindir. Amma yenə də qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu saat 20:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR