Stanislav Çerçesov: “O, “Qarabağ”ı təhlil etməyimizə kömək edəcək”

Stanislav Çerçesov: “O, “Qarabağ”ı təhlil etməyimizə kömək edəcək”
# 28 iyul 2022 09:24 (UTC +04:00)

“30 il əvvəlin qisasını ala bildiyimiz üçün macar azarkeşlərlə birlikdə bu nəticəyə sevinə bilərik. Yaxşı komandaya rəhbərlik etdiyimi bilirdim və matçın gedişində vəziyyəti çevirəcəyimizdən əmin idim”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov “Slovan”ı səfərdə 4:1 hesabı ilə məğlub etdikləri II raundun cavab oyunu barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis ilk matçda 1:2 hesabı ilə uduzan komandasının geridönüşünə öncədən inandığını bildirib. Çerçesov “Qarabağ”la qarşıdakı matçlara da münasibət bildirib: “Bu uğurun azarkeşlər, komanda, klub, hətta məşqçi üçün nə demək olduğunu ayırd etmək mümkün deyil. Bu qələbə qrup mərhələsinə doğru atılan ilk addımlardan sadəcə, biri idi. Müəyyən uğurdur. Ancaq tezliklə daha bir vacib qarşılaşma gələcək və buna diqqət yetirməliyik. Növbəti mərhələdəki rəqibimiz “Qarabağ”ın “Sürix”lə oyununu müşahidəçilərimizdən biri tribunadan izləyib. O, Azərbaycan klubunu təhlil etməyimizə kömək edəcək. Bununla belə, hələlik daxili çempionatın başlaması haqda düşünürəm. Mövsümün ilk çempionat görüşümdə yaxşı çıxış etmək vacibdir”.

Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında ilk oyun avqustun 2-də və ya 3-də, cavab qarşılaşması isə 9-da baş tutacaq. Azərbaycan çempionu birinci matçını evdə keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR