“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb
# 10 oktyabr 2022 11:01 (UTC +04:00)

“Sumqayıt” Misli Premyer Liqasının I dövrəsində ən az qol vuran komanda olub.

Apasport.az saytı xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 9 oyunda yalnız bir dəfə fərqlənib.

Bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıtlılar 1996/97 mövsümündə qeydə alınan antirekordu təkrarlayıb. 26 il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan qərblilər texniki məğlubiyyəti top fərqində nəzərə almasaq 44 qol buraxıb.

Qeyd edək ki, 4 xala malik “Sumqayıt” 10 dəfə topu qapısında görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR