"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb
# 12 yanvar 2023 11:06 (UTC +04:00)

"Sumqayıt" dövrələrarası fasilədə ilk futbolçu keçidini rəsmiləşdirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “gənclik şəhəri” təmsilçisi Ukraynada "Kolos"unun 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib.

Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, "Sumqayıt"in tarixinə ilk braziliyalı futbolçu kimi düşən Karioka karyerası ərzində "Şaxtyor" (Soliqorsk, Belarus), "Vitebsk" (Belarus), "Yagelloniya" (Polşa), "Zalagerseq" (Macarıstan) və "Kolos" (Ukrayna) kimi klublarda çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR