“Sumqayıt” Premyer Liqada mövsümün antirekordunu rəsmiləşdirib

“Sumqayıt” Premyer Liqada mövsümün antirekordunu rəsmiləşdirib
# 30 noyabr 2021 09:52 (UTC +04:00)

Mövsümün antirekordçusu - “Sumqayıt”

Azərbaycan Premyer Liqasında mövsümün 7-ci darmadağını qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, “Zirə” səfərdə “Sumqayıt”ın qapısından üç cavabsız top keçirib.

Bu, bakılıların ilk böyükhesablı qələbəsidir. Rəşad Sadıqovun komandası cari mövsümdə darmadağın sevinci yaşayan 5-ci komandadır.

“Qarabağ” hamıdan çox – 3 dəfə buna nail olub. “Sabah”, “Neftçi” və “Qəbələ” hərəyə 1 belə uğura imza atıb.

“Sumqayıt” isə mövsümün antirekordunu rəsmiləşdirib. “Gənclik şəhəri” təmsilçisi hamıdan çox darmadağın olan komandadır. Ayxan Abbasovun yetirmələri 3-cü dəfə üç və ya daha çox top fərqi ilə uduzur. “Səbail” iki, “Neftçi” və “Keşlə” hərəyə bir dəfə bu aqibətlə üzləşib.

Mövsümdə ikinci dəfə böyükhesablı qələbəni qonaqlar bayram edib. Öz meydanında darmadağın olan yeganə komanda isə “Sumqayıt”dır. Yalnız bu klub öz evində böyükhesabla uduzub. Səfər darmadağınına isə “Qarabağ”la “Zirə” imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR