“Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

“Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq
# 17 iyul 2019 15:00 (UTC +04:00)

“Sumqayıt” futbol klubunun Türkiyə toplanışında keçirəcəyi yoxlama oyunlarından birindəki rəqib müəyyənləşib.

APA-nın məlumatına görə, Premyer Liqa klubu Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşacaq.

Bu görüş iyulun 21-də baş tutacaq. Matç təmsilçimizin toplanışda ilk, rəqibinin son sınağı olacaq.

Qeyd edək ki, “Sumqayıt” hazırlığın ölkə daxilində keçirilən ilk mərhələsinə dünən yekun vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR