Surinamın vitse-prezidenti 60 yaşında rəsmi oyunda iştirak edib

Surinamın vitse-prezidenti 60 yaşında rəsmi oyunda iştirak edib
# 22 sentyabr 2021 14:46 (UTC +04:00)


KONKAKAF Liqasında qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, qitəmiqyaslı klub turnirində meydana 60 yaşlı futbolçu çıxıb.

Bu, Surinam “İnter”i ilə Honduras “Olimpiya”sı arasında matçda baş verib. Surinamın vitse-prezidenti və “İnter”in prezidenti olan Ronni Bryunsviyk start heyətində meydana çıxaraq 54 dəqiqə oynayıb.

Onun şərəfini qoruduğu “İnter” 0:6 hesabı ilə uduzub. Maraqlıdır ki, “İnter”in ev oyunlarını keçirdiyi stadion da məhz 60 yaşlı siyasətçinin adını daşıyır.

Bryunsviyk KONKAKAF Liqası tarixinə ən qoca oyunçu kimi düşüb. O, əvvəllər də “İnter”in qitəmiqyaslı turnirlərdəki oyunlarında meydana çıxıb.

Qeyd edək ki, qalmaqalları ilə də yadda qalan klub prezidenti bir neçə dəfə uzunmüddətli diskvalifikasiya alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR