“Sürix” “Qarabağ”la oyunların iştirak ərizəsini açıqlayıb

“Sürix” “Qarabağ”la oyunların iştirak ərizəsini açıqlayıb
# 15 iyul 2022 13:48 (UTC +04:00)

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sürix” iştirak ərizəsini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, turnirə bu mərhələdən qoşulacaq İsveçrə çempionu A listinə 20 futbolçu salıb.

Baş məşqçi Franko Fodanın sərəncamında “Qarabağ”la görüşlərdə 2 qapıçı, 5 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu olacaq.

Qapıçılar: 1. Zivko Kostadinoviç, 25. Yanik Brexer
Müdafiəçilər: 2. Lindrit Kamberi, 6. Fidan Aliti, 19. Nikola Boraniyaşeviç, 28. Karol Mets, 31. Mirlind Kryeziu
Yarımmüdafiəçilər: 3. Adrian Gerrero, 8. Ole Selnes, 10. Antonio Markesano, 16. Mark Hornşux, 17. Çeyk Omar Konde, 21. Blerim Dzemaili, 23. Fabian Roner, 33. Stefan Seyler, 39. Akaki Qoqia
Hücumçular: 9. İan Santini, 11. Conatan Okita, 15. Ayequn Tosin, 22. Vilfred Qnonto.

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq. Komandaların cavab matçı isə iyulun 27-də Sürixdə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR