Taleh Nəsibov: “Futbolsevərlərimiz üçün bundan gözəl sevinc hissi ola bilməz”

Taleh Nəsibov: “Futbolsevərlərimiz üçün bundan gözəl sevinc hissi ola bilməz”
# 13 iyun 2022 10:30 (UTC +04:00)

“Təəssüratlarımız sözlə ifadə olunası deyil, gərək insan bunları yaşasın”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Mini Futbol Federasiyasının təsisçisi, "Azfar" Şirkətlər Qrupunun rəhbəri Taleh Nəsibov deyib.

O, Slovakiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan millisinin qarşılanma mərasimində jurnalistlərə açıqlama verib. Qurum başçısı əldə olunan uğurun dəyərindən danışıb: “Fəxrdir, qürurdur. Finalda 6 qat qitə çempionu Rumıniyanı məğlubiyyətə uğradaraq, Azərbaycan dövlətinin bayrağını yüksəltmişik. Xalqımız, özümüz və futbolsevərlərimiz üçün bundan gözəl sevinc hissi ola bilməz. Biz Azərbaycan xalqına belə möhtəşəm hissləri yaşatdıq. İnanıram ki, bunların davamı gələcək. Bu cür iş quraraq, milli komandanı formalaşdırmışıq. Federasiyamızın təsis olunmasının səbəbkarlarından biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, "Zirə" futbol klubunun fəxri prezidenti Orxan Məmmədovdur. Onun milli komanda qarşısında qoyduğu məqsədə tərəf getdik, çevik idarəetmə sistemi qurduq, düzgün iş prinsipi yaratdıq. Azərbaycanlı uşaqlardan ibarət milli komanda, milli ruh sayəsində qitənin ən yaxşısı olduq”.

Qeyd edək ki, yığmamız finalda Rumıniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR