Təbrizin “Traktor” klubunun azarkeşlərinin stadiona girişi məhdudlaşdırılıb

Təbrizin “Traktor” klubunun azarkeşlərinin stadiona girişi məhdudlaşdırılıb
# 21 may 2022 16:41 (UTC +04:00)

Təbrizin “Traktor” futbol klubunun azarkeşlərinin "Səhənd" stadionuna girişi məhdudlaşdırılıb.

APA-nın Tehran bürosu xəbər verir ki, buna “Traktor”un son ev oyununda baş verən insidentlər səbəb olub.

İran Futbol Federasiyasının İntizam komitəsi qayda pozuntuları ilə əlaqədar “Traktor” klubunun azarkeşlərinin stadiona girişini müvəqqəti məhdudlaşdırıb.

Qərara əsasən, qarşıdakı “Traktor”-“Fəcr” qarşılaşmasına Təbriz klubunun azarkeşləri buraxılmayacaq.

Qeyd edək ki, bir neçə gün öncə futbol üzrə İran çempionatının 28-ci turunda “Traktor”-“Persepolis” klublarının qarşılaşması yarımçıq dayandırılıb. Belə ki, azarkeşlərin stadiona yad əşyalar atmasına görə, iki klubun futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.

Xatırladaq ki, "Traktor" klubunun öz ev oyunlarını keçirdiyi "Səhənd" stadionu 85 min azarkeş tutumuna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR