“Traktor”un məğlubiyyətinə dözməyən azarkeşi ölüb

“Traktor”un məğlubiyyətinə dözməyən azarkeşi ölüb
# 05 yanvar 2022 10:14 (UTC +04:00)

İran çempionatının XIII turunun “Persepolis” – “Traktor” matçı xoşagəlməz hadisə ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, qonaqların azarkeşi Rasul Musavipur ürəktutmasından vəfat edib.

O, sevimli komandasının 1:2 hesablı məğlubiyyətindən sonra ölüb. Bu yenilgi “Traktor”un turnir cədvəlindəki vəziyyətini də pisləşdirib.

Qeyd edək ki, 13 görüşdə cəmi 11 xal toplayan komanda 16 iştirakçı arasında 13-cüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR